İtaliya klubu yapon futbolçu üçün hərəkətə keçib.
Sport1.az xəbər verir ki, “Real Sosyedad”la 2029-cu ilə qədər müqaviləsi olan Takefusa Kubo ilə “Napoli” maraqlanır. 24 yaşlı oyunçunun transfer dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, Kubo ötən mövsüm 52 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az