Niderland klubu yapon müdafiəçi üçün razılıq əldə edib.
Sport1.az xəbər verir ki, Belçikanın "Gent" klubunda çıxış edən Çsuyeşi Vatanabe yaxın günlərdə Niderlandın "Feyenoord" klubuna transfer oluna bilər. 2027-ci ilə qədər müqaviləsi olan 28 yaşlı mərkəz müdafiəçisinin transferi üçün razılıq əldə olunub. Hazırda onun dəyəri 9 milyon avrodur. Vatanabe ötən mövsüm 48 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az