Almaniyalı müdafiəçi A Seriyasında klub dəyişə bilər.
Sport1.az xəbər verir ki, “Milan”la 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə “Komo” maraqlanır. 23 yaşlı oyunçunun transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, Tşau ötən mövsüm 31 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az