“Real”ın futbolçusu Fran Qarsiya karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “Milan” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.
“Milan” Qarsiyanı “Əl Hilal”a transfer olunan Teo Hernandesin əvəzinə düşünür.
“Real” 25 yaşlı müdafiəçini satmağa hazırdır. O, baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil.
Qarsiya ötən mövsüm 54 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
Sport1.az