"Milan" "Verona"nın mərkəz müdafiəçisi Dieqo Koppola ilə yaxından maraqlanır.Sport1.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
“Rossonyerlər” 20 yaşlı futbolçu üçün artıq hərəkətə keçib. İki həftə əvvəl Milan təmsilçisinin skautları “Verona”nın “Udineze” ilə oyununu stadiondan canlı izləyib.
Milan təmsilçisinin müdafiə xəttindəki dəyişiklikləri nəzərə alsaq, Koppola yaxın gələcəkdə klubun prioritet transfer hədəflərindən birinə çevrilə bilər.
İtaliyalı futbolçu 2022-ci il yanvarın 1-dən “Verona”da oynayır və 2027-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. O, məhz bu klubun yetirməsidir.
Sport1.az