"Qalatasaray" futbolçusu Davinson Sançes ilə müqaviləni uzatmaq istəyir. Sport1.az xəbər verir ki, "sarı-qırmızılar" adı İngiltərə klubları ilə hallanan müdafiəçini komandada saxlamaq niyyətindədir.
"Qalatasaray" yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq.
Davinsonun sözləşməsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 38 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Sport1.az