2024/25 mövsümündə 6-cı olan "Neftçi" yeni "futbol ili"ndə iddialı heyət formalaşdırmaq niyyətindədir.Sport1.az-a daxil olan məlumata görə, "ağ-qaralar" daha bir futbolçu ilə yaxından maraqlanır. Söhbət Xuan Salasardan gedir. Kolumbiyalı sol cinah vingeri ilə danışıqlar davam edir. Hansısa problem olmasa, 28 yaşlı oyunçu ilə tezliklə müqavilə imzalanacaq.
Qeyd edək ki, Salasar indiyə kimi Kolumbiyada "Milonarios", "Rioneqro Aqilas Doradas", Argentinada "San-Lorenso", El Salvadorda FAS, Yunanıstanda "İonikos Nikeya", "Panserraikos" kimi klublarda çıxış edib.
Vinger karyerası ərzində 196 matçda 32 qol vurub, 21 məhsuldar ötürmə edib.
Xuan Salasarın "Panserraikos"la 2026-cı ilin sonuna kimi müqaviləsi var.
Sport1.az