İtaliyanın "Yuventus" klubu futbolçusu Pyer Kalulu ilə uzunmüddətli sözləşmə bağlamaq niyyətindədir.
Sport1.az xəbər verir ki, bu barədə "Il Bianconero" məlumat yayıb.
24 yaşlı fransalı futbolçu "Milan"a məxsusdur və icarə əsasında Turin klubunda çıxış edir. "Yuventus" müqavilədə göstərilən 14 milyon avro ödəməyərək Kalulunu almaq istəyit. Futbolçunun bazar dəyəri hazırda 26 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, "Yuventus" fransalı futbolçunun icarəsi üçün artıq 3,3 milyon avro ödəyib. Kalulu Turin klubunun heyətində 33 oyun keçirib və 1 qol vurub.
Sport1.az