"Aston Villa" klubu "Mançester Yunayted"dən icarə əsasında heyətinə qatdığı Markus Reşfordu birdəfəlik transfer edə bilər.
Sport1.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Klub forvardın hazırkı çıxışından çox razıdır və onun müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Xatırladaq ki, İngiltərə təmsilçisi Reşfordu fevralda "Mançester Yunayted"dən icarəyə götürmüşdü.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "Aston Villa"nın heyətində 9 oyunda 4 assistlə yadda qalıb.
Sport1.az