"Kəpəz" daha iki futbolçu ilə yolları ayırıb.Sport1.az xəbər verir ki, söhbət Nicat Süleymanov və İlkin Qırtımovdan gedir. Gəncə təmsilçisi yerli oyunçularla başa çatan müqavilələri yeniləməyib.
Qeyd edək ki, Nicat Süleymanov bu mövsüm çıxdığı 20 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. İlkin Qırtımov isə "sarı göylər"in heyətində 18 dəfə meydanda olub.
EMİN ZEYNALLI
Sport1.az