"Mançester Siti" 2025/26 mövsümündə iddialı heyət formalaşdırmaq istəyir.Sport1.az xəbər verir ki, "şəhərlilər" indidən yeni futbolçu axtarışlarına başlayıb.
Pep Qvardiolanın ilk hədəfi bəlli olub. Söhbət Rayan Ait-Nuridən gedir. 23 yaşlı sol cinah müdafiəçisi hazırda "Vulverhempton"da çıxış edir. Futbolçunun transfer dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, əlcəzairli bu mövsüm çıxdığı 41 oyunda 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az