"Milan"ın futbolçusu Ticani Reynders İspaniyada çıxış edə bilər.Sport1.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Barselona" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir.
26 yaşlı futbolçu üçün İtaliya klubuna 50 milyon avroluq təklif göndəriləcək.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Ticani Reynders bu mövsüm "Milan"ın heyətində keçirdiyi 48 oyunda 15 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
Sport1.az