“Arsenal” və “Mançester Siti” eyni futbolçunu transfer hədəfinə alıb.Sport1.az xəbər verir ki, hər iki komanda “Nottinqam Forest”in oyunçusu Morqan Qibbs-Vaytı heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə “Football Insider” məlumat yayıb.
Klub 25 yaşlı yarımmüdafiəçi üçün 119 milyon avro tələb edir.
Qeyd edək ki, ingiltərəli oyunçu 2024/25 mövsümündə 38 oyuna çıxıb və 7 qola, 10 məhsuldar ötürməyə imza atıb.
Sport1.az