İngiltərənin “İpsviç” klubunun futbolçusu Liam Delap karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.Sport1.az “Athletic” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı forvardın yayda “qırmızı şeytanlar”a transfer olunacağı gözlənilir.
Yayılan məlumata görə, istedadlı oyunçunun keçidinə Mançester klubu 46 milyon avro ödəməyə hazırdır.
Delapın daha bir İngiltərə nəhəngi “Çelsi”nin də maraq dairəsində olduğu vurğulanır.
Qeyd edək ki, Delapın aşağı liqaya düşəcəyi gözlənilən “İpsviç”i mövsümün sonunda tərk edəcəyi proqnozlaşdırılır.
Sport1.az