"Brayton"un gənc yarımmüdafiəçisinə "Tuluza" maraq göstərir.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan futbolçuyla "Tuluza" maraqlanır. 19 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 17 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Ştrum Qraz"da keçirən Yalkuye meydana çıxdığı 37 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az