Premyer Liqanın yeni iştirakçısı olan "İmişli" transfer çalışmalarını davam etdirir.Sport1.az xəbər verir ki, "çəhrayı pələnglər" hücum xəttini gücləndirmək niyyətindədirlər. Artıq bu mövqeyə oyunçu axtarışlar davam etdirir.
"Pambıqçılar"ın danışıq apardığı futbolçulardan biri bəllidir. Söhbət Aleksandr Ramalinqomdan gedir. Klub rəhbərliyi Madaqaskar millisinin üzvü ilə ilkin təmasa keçib.
Forvard hazırda azad agentdir. Onun İsrailin "Bney Saxnin" klubu ilə müqaviləsi iyulun 1-i başa çatıb. Ramalinqom müharibə səbəbindən adıçəkilən ölkədə qalmaq istəmir. O, yenidən Azərbaycanda çıxış etmək niyyətindədir. Hücumçu klub rəhbərliyi ilə maliyyə şərtlərində razılaşsa, keçid baş tutacaq.
Qeyd edək ki, 32 yaşlı forvard karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye”, "Sedan" (hamısı Fransa) “Virton” (Belçika) və "Səbail"də çıxış edib.
Hücumçu 240 rəsmi qarşılaşmada 89 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sport1.az