Fransanın "Monako" klubu Almaniyanın "Bayer 04" komandasınınn qapıçısı Lukaş Qradetski ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.
Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.
35 yaşlı finlandiyalı qapıçının "Bayer 04" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
"Transfermarkt" portalı onun dəyərini 2 milyon avro qiymətləndirir. L.Qradetski 2018-ci ildən Leverkuzen klubunda çıxış edir.
Sport1.az