"Sevilya" gənc müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan futbolçu ilə "Napoli" və "Vulverhempton" maraqlanır. 21 yaşlı sağ cinah müdafiəçisinin hazırkı transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm meydana çıxdığı 35 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az