Fransanın "Nissa" klubu forvard futbolçusu ilə yolları ayırmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Aston Villa" maraqlanır. 24 yaşlı hücumçunun hazırkı transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Qessan ötən mövsüm meydana çıxdığı 42 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az