Bildiyiniz kimi, Mahir Emreli “Nürnberq”lə yollarını ayırıb.
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunda başa çatan 28 yaşlı hücumçu klubla razılaşaraq sözləşməni yeniləməməyə qərar vermişdi.
Hazırda forvardın karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir. İndiyədək yayılan məlumatlara əsasən, azərbaycanlı futbolçu həm 1-ci, həm də 2-ci Bundesliqa klublarının diqqət mərkəzindədir.
Sport1.az Almaniyanın nüfuzlu “Kicker” nəşrinə istinadən xəbər verir ki, Mahirlə maraqlanan iki klubun adı bəllidir: bunlar 2-ci Bundesliqa təmsilçiləri “Kayzerslautern” və Düsseldorf “Fortuna”sıdır. 1-ci Bundesliqadan maraq göstərən klubun adı isə hələlik məlum deyil.
Qeyd edək ki, geridə qalan mövsümdə “Fortuna” çempionatı 6-cı, “Kayzerslautern” isə 7-ci pillədə başa vurub.
NİCAT RÜSTƏMZADƏ
Sport1.az