Braziliyalı müdafiəçi Asiyada karyerasını davam etdirməyə yaxındır.
Sport1.az xəbər verir ki, "Ayntraxt Frankfurt"un futbolçusu Tuta ilə Qətərin "Əl Duhail" klubu maraqlanır. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq 26 yaşlı müdafiəçinin transfer dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, Tuta ötən mövsüm 44 oyunda 2 qolla yadda qalıb.
Sport1.az