İtaliyalı yarımmüdafiəçinin yeni ünvanı A Seriyasının digər təmsilçisi ola bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Venetsiya" maraqlanır. 20 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 700 min avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Ternana"da keçirən italiyalı 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az