İsveçrənin "İverdon" klubunda çıxış edən futbolçu Boris Çespedes karyerasını Azərbaycanda davam etdirə bilərmiş.Sport1.az-a daxil olan məlumata görə, "Neftçi" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanıb. "Ağ-qaralar" qış transfer dönəmindən Boliviyadan olan oyunçunu heyətinə cəlb etmək niyyətində olub.
Bakı klubu həmin vaxt İsveçrə klubuna təklif göndərib. Lakin qarşı tərəf keçid üçün olduqca yüksək məbləğ tələb edib. "Neftçi" rəhbərliyi də yaya kimi gözləməyi lazım bilib.
Yay transfer dönəmi başlayandan yarımmüdafiəçi ilə yenidən danışıqlar aparılıb. Oyunçu flaqmandan illik 300-350 min dollar tələb edib.
Keçidin baş tutmasına Samir Abasov qarşı çıxıb. Mütəxəssis dayaq yarımmüdafiəçinin oyun tərzini bəyənməyib. Təcrübəli mütəxəssis bu mövqedəki futbolçuların və Çespedesin tələb etdiyi maaşını çox olduğunu bildirib. Bu səbəbdən də keçid baş tutmayıb.
Maraq üçün bildirək ki, oyunçu Boliviya millisinin üzvüdür. O, bu ölkənin əsas komandasının heyətində 19 matçda 1 qol vurmağı bacarıb.
29 yaşlı futbolçu karyerası ərzində "Etual", "Servette" kimi klublarda çıxış edib. Boris indiyə kimi 348 matçda 66 qol vurub, 11 məhsuldar ötürmə edib.
Sport1.az