Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz" "Neftçi"yə qalib gəldi.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin hücumçusu Luis Paçu jurnalistlərə açıqlama verdi. Forvard qələbə haqda bunları söylədi:
“Bu gün hər şey çox yaxşı oldu. Yaxşı oynadıq və 3 xalı qazandıq. Hər oyuna bu niyyətlə çıxırıq. Qələbə qazandığımız üçün çox sevincliyik".29 yaşlı hücumçu bu oyunu unudub, növbəti tur elitada qalma yolunda əsas rəqiblərdən olan “Sumqayıt”la qarşılaşmanı düşünəcəklərini bildirdi:
“Bizim üçün çox mühim qələbə idi. Motivasiyamız yaxşıdır. Növbəti oyunu fikirləşəcəyik. Düzdür, "Sumqayıt"la matçdakı 3 xal 6-ya bərabərdir. Amma hazırlığımız hər oyun üçün eynidir. “Sumqayıt” da çox yaxşı komandadır. Biz hər oyuna potensial 3 xal kimi baxırıq və inanırıq ki, növbəti oyun qələbə qazanacağıq”.
Sport1.az