Misli Premyer Liqasının 26-cı turunda "Sumqayıt" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldi.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları:
"Görüş haqda danışmaq çətindir. Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Şanslarımız oldu. Amma dəyərləndirə bilmirik. İki fərqli hiss oldu. Epizodları dəyərləndirə bilməyəndə belə olur. İkinci hissəsini dəyərləndirə bilmədik. Komandanın daxilində problemlər var. Həmin məsələləri axtarıb tapmalıyıq".
Sport1.az