İFFHS klubların yeni reytinqini açıqlayıb.Sport1.az xəbər verir ki, cədvəldə dünyanın 501 komandası yer alıb.
Siyahıda Azərbaycandan 3 komanda var. "Qarabağ" 103-cü yerdə qərarlaşıb. Ağdam təmsilçisinin hesabında 147,75 əmsal var. "Köhlən atlar" ötən ayla müqayisədə 16 pillə geriləyib.
"Zirə" 219-cu sırada yer alıb. Hesabında 98,25 xal olan bakılılar 11 pillə geriləyib.
68,5 xala malik "Sabah" 353-cü pillədə yer alıb. Paytaxt təmsilçisi ötən ayla müqayisədə 61 pillə irəliləyib.
Sport1.az