Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz"-"Səbail" ilə heç-heçə etdi -1:1.Oyundan sonra gəncəlilərin qapıçısı Rogerio Santos
Sport1.az-a müsahibə verdi.
- Oyunla bağlı fikirlərin maraqlıdır...- İlk hissəyə çox yaxşı başlamışdıq. 10 dəqiqə tamamilə rəqibin oyununu anlamağa çalışırdıq. Lakin, ikinci hissədə yaxşı oyunumuzu davam etdirə bilmədik. Nəticədə isə rəqib bizə qol vurdu. Bundan sonra artıq hesabı dəyişə bilmədik. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq
- Elitada qalmaq uğrunda mübarizəniz davam edir. Sonuncu komanda ilə aranızda 5 xallıq fərq var. Bunu qoruya biləcəksiniz?- Əsas məqsədimiz elitada qalmaqdır. 9-cu sırada qalmaq bizə axıra qədər sərf edir. Əsas planımız elə budur. Yenə də növbəti görüşlərdə xal qazansaq, əlbəttə ki, bu, çox yaxşı olar.
- Maraqlıdır ki, "Neftçi", "Qarabağ" kimi rəqiblərdən xal ala bilirsiniz. Lakin öz səviyyənizdə olan "Sumqayıt" və "Səbail"lə görüşlərdə qələbə qazana bilmirsiniz. Bunun səbəbi nədir?- Bəlkə də heç kim indi xatırlamır. Bizim çempionatın əvvəlində 8 oyunda sadəcə 0 xalımız var idi. Məhz bu zamanda itirdiyimiz xallar indi oyunlarımıza çox böyük təsir edir. Lakin, bu futboldur. Qalib gələ bilərik, məğlub tərəf də ola bilərik. Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaqdır.
- Oyundan sonra azarkeşləriniz çox aqressiv idilər. Sanki qələbə qazanmadığınız üçün sizə acıqlı idilər. Buna münasibətin necədir?- Matç bitdikdən dərhal sonra paltardəyişmə otağına yollandım. Bu səbəbdən də nələrin baş verdiyini tam görmədim. Bu suala dəqiqə cavab verə bilməyəcəm.
EMİN ZEYNALLI
Sport1.az