Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə müqavilə müdddətini artırmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, bunu Sportitalia-nın əməkdaşı Canluici Lonqari açıqlayıb.
Səudiyyəlilər 40 yaşlı hücumçuya 2027-ci ilin yayına kimi müqavilə təklif edəcək. Portuqaliyalı ulduzun klubla hazırkı razılaşması bu il iyunun 30-da bitəcək.
Qeyd edək ki, Kriştiano bu mövsümdə "Əl-Nəsr"in heyətində 34 oyunda, 30 qol vurub və 4 ötürmə ilə yadda qalıb.
Sport1.az