Türkiyənin "Fənərbağça" klubunun qapıçısı İrfan Can Eyrubayat karyerasını Avropada davam etdirə bilər. Sport1.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Niderlandın "Ayaks", İtaliyanın "Bolonya", İspaniyanın "Sevilya" və "Betis" klubları qolkiperlə maraqlanır.
Lakin "Fənərbaxça" İrfan Canı buraxmaq istəmir. İstanbul nəhəngi 26 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.
İrfan Canın klubla hazırki sözləşməsinin müddəti 2027-ci ilin yayına kimidir.
Sport1.az