Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"da çıxış edən fransalı futbolçu Kərim Benzema "Real" klubundan ayrılmasının səbəbini açıqlayıb.
Sport1.az xəbər verir ki, "Madrid Zone" nəşri hücumçunun fikirlərini dərc edib.
"Mən "Real"dan niyə ayrıldım? Çünki klubla hər şeyə nail oldum. Mən "Real"a uşaq ikən gəldim və çoxlu kuboklar, "Qızıl top"u qazandım. Bütün arzularım gerçəkləşdi"
Qeyd edək ki, 36 yaşlı Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. O, bu mövsüm bütün yarışlarda 25 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.
Sport1.az