Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə tarixi rekorda imza atıb. Sport1.az xəbər verir ki, 40 yaşlı təcrübəli hücumçu ardıcıl 22 il ərzində millidə qol vuran ilk oyunçu olub.
UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Danimarkaya qarşı cavab matçında (5:2) Ronaldo adını tabloya yazdırıb.
Yarımfinalda Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Oyun 4 və ya 5 iyun tarixində baş tutacaq.
Ronaldo 2003-cü ildən bəri Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində 217 oyuna çıxıb və bu göstəriciyə görə rekordçudur. Milli komanda ilə 136 qol vurub.
Sport1.az