Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu karyerasında 930-cu qola imza atıb.Sport1.az xəbər verir ki, 40 yaşlı hücumçu XXVI turun "Əl-Hilal"a qarşı səfər oyununun 47-ci dəqiqəsində fərqlənib.
Hazırda "Əl-Nəsr" hesabda öndədir - 2:1.
Ronaldu karyerası ərzində klub səviyyəsində 794, Portuqaliya millisində 136 qol vurub. Cari mövsümdə o, bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçunun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Sport1.az