Xosep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis mövsümün sonunda "Mançester Siti"dən ayrılmaq niyyətindədir. "Şəhərlilər"in rəhbərliyi bu istəyi qəbul edib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən bəri "Mançester Siti"yə rəhbərlik edib. "Şəhərlilər" bu müddət ərzində 6 dəfə Premyer Liqa, 1 dəfə Çempionlar Liqasının qalibi olub.
Sport1.az