Türkiyə I Liqasında 27-ci turun oyunları keçirilir.Sport1.az xəbər verir ki, "Boluspor" "Erzurumspor"u qəbul edib.
Görüş 0:0 hesabı ilə başa çatıb.
Vüsal İsgəndərli qarşılaşmanın iştirakçısı olub. Millimizin üzvü 90-cı dəqiqədə Florant Hasaninin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, "Boluspor" 38 xalla 10-cu pillədə qərarlaşıb.
Sport1.az