Albaniya Super Liqasında 27-ci turun matçları keçirilir.Sport1.az xəbər verir ki, "Eqnatiya" "Teuta"nı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Zamiq Əliyev bu görüşün iştirakçısı olub. Millimizin üzvü qarşılaşmanın sonuna kimi əvəzlənməyib.
Qeyd edək ki, "Eqnatiya" 49 xalla turnir cədvəlinə başçılıq edir.
Sport1.az