Çempionlar Liqası / Manşet
11:53
5.08.2025
351
"Qarabağ"ın Çempionlar Liqası macərası davam edir.Sport1.az xəbər verir ki, təmsilçimiz bu gün turnirin 3-cü təsnifat mərhələsində "Şkendiya"nın qonağı olacaq.
Qarşılaşmanın favoriti ağdamlılardır. "Köhlən atlar"ın avrokubok təcrübəsi Şimali Makedoniya təmsilçisindən daha çoxdur. "Qarabağ"ın heyəti "Şkendiya"ya nisbətdə daha dəyərli və güclüdür. Düzdür, rəqib adlı-sanlı FKSB-nı mübarizədən kənarlaşdırıb. Lakin bu amil ağdamlılar üçün problem olmamalıdır.
"Qarabağ" indiyə kimi Avropa səviyyəli turnirlərdə bu rəqiblə qarşılaşmayıb. Bu görüş Ağdam klubunun Şimali Makedoniya təmsilçisi ilə 6-cı dueli olacaq. Bu oyunların 4-də "köhlən atlar" qələbə qazanıb. 1 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində təmsilçimizin açıq-aşkar üstünlüyü var. 11:2.
2010/11 - Avropa Liqası, I təsnifat mərhələsi - "Metallurq" (4:1, 1:1)
2013/14 - Avropa Liqası, I təsnifat mərhələsi - "Metallurq" (1:0, 1:0)
2020/21 - Çempionlar Liqası, I təsnifat mərhələsi - "Sileks" (4:0)
"Şkendiya" üçün bu Azərbaycan klublarına qarşı ilk duel olmayacaq. Adı çəkilən kollektiv 2 dəfə "Neftçi", 1 dəfə "Sumqayıt"la üz-üzə gəlib. 2016/17 mövsümündə "Şkendiya" Avropa Liqasının təsnifat mərhələsində flaqmanla qarşılaşıb. İlk görüş heç-heçə başa çatıb (0:0), ikinci oyunda rəqib qalib gəlib - (1:0).
2020/21 mövsümündə Konfrans Liqasında "Şkendiya" "Sumqayıt"ın qonağı olub. Rəqib "kimyaçılar"ı 2:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Bu statistik nəticələri nəzərə alsaq, bizi maraqlı görüşün gözlədiyini deyə bilərik. Hər halda, təmsilçimizə vacib qarşılaşmada uğurlar arzu edirik.
Sport1.az