Konfrans Liqasında ölkəmizi təmsil edəcək klublarımızın rəqibləri bəlli oldu.Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” “Hayduk”la “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılşacaq.
Komandalarımızdan hansı növbəti tura adlaya biləcək? Hansı kollektivimizin şansı daha çoxdur?
Suallarımızı Rüstəm Məmmədova ünvanladıq. "Zaqatala"nın məşqçisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Etiraf etmək lazımdır ki, təmsilçilərimizə adlı-sanlı və avrokubok təcrübəsi kifayət qədər olan klublar düşdü. Hesab edirəm ki, ən çətin rəqib “Zirə”yə nəsib oldu. “Hayduk” Xorvatiyanın adlı-sanlı komandalarındandır. Bu il qəsəbə təmsilçisi nə qədər yaxşı mübarizə aparsa da, xorvatlarla oyunlar çətin olacaq. Buna rəğmən, Rəşad Sadıqovun komandasının sona qədər döyüşəcəyi şübhəsizdir.
“Araz-Naxçıvan”a gəlincə, Yunanıstan və Kipr təmsilçiləri ilə qarşılaşmalarımız həmişə prinsipial olub. Avrokuboklarda debüt edən “Araz-Naxçıvan”ın da işi çətin olacaq. “Aris” bir əsrdən çox yaşı olan qocaman klubdur. Zəngin avrokubok təcrübəsinə malikdirlər. Bir neçə dəfə qrup mərhələsinə vəsiqə qazanıblar.
Hazırda “Hayduk” və “Aris”in hansı səviyyədə olduğunu bilmirik. Klublarımızın da necə hazırlıq keçmələrindən çox şey asılı olacaq. Bəlli olan odur ki, “Zirə” ilə “Araz-Naxçıvan”ı çətin mübarizə gözləyir. Komandalarımıza uğurlar arzu edirəm”. MİRZƏ S
Sport1.az