15:05 3.07.2025 40

“UEFA Hakimlər Komitəsinin üzvlərini təəccübləndirdik” - MÜSAHİBƏ

FIFA referisi Elçin Məsiyev iyunda Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb. Onun başçılıq etdiyi hakimlər briqadası qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub.

Sport1.az xəbər verir ki, I kateqoriyaya malik 33 yaşlı referi AFFA-nın mətbuat xidmətinə müsahibəsində fikirlərini bildirib:

- U-21-lərin Avropa çempionatının final oyunundakı idarəçiliyiniz UEFA-nın Hakimlər Komitəsi tərəfindən necə qarşılandı?

- Oyunlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı, UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers idarə etdiyim Çexiya - İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi.

- Turnirin 1/4 və yarımfinal mərhələsinə təyinat aldınız. Finalda da yer almaq şansınız var idi?

- Əslində final oyununa namizəd idim. Həlledici matçda iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final görüşünü niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, final matçına təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir.

- Avropa çempionatına təyinatın gələcək karyeranıza nə kimi təsiri ola bilər?

- İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm. Bizə göstərilən etimadları doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq.

- Daha yüksək səviyyəli turnir dedikdə hansı yarışları nəzərdə tutursunuz?

- Bu, A millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21-lərin qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas millilər arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq.

- 2024-cü ilin dekabrında FIFA-da I kateqoriyaya yüksəldiniz və ötən ay U-21-lərin Avropa çempionatına təyinat aldınız. Hakim kimi ən böyük hədəfləriniz nələrdir?

- Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəflərim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:51

"Fənərbağça" "İnter"in 16 milyon avroluq təklifini qəbul etmədi

14:29

Türkiyə millisinin üzvü "Milan"ın hədəfində

14:11

İngiltərə millisinin üzvü "Arsenal"da

13:52

Premyer Liqanı La Liqaya dəyişdi

13:34

"Arsenal" qapıçısını bu kluba göndərdi

13:10

"Liverpul" onu icarəyə verdi

12:42

Nunu Eşpiritu ilə "Nottingem Forest"in rəhbərliyi arasında gərginlik

12:12

“Barselona” bu futbolçu üçün 100 milyon avro toplayır

11:51

"Roma" Sançoya 2 gün vaxt verdi - başqa alternativlər də var

11:14

"Bu, nəsil böhranıdır" - İtaliya millisi barədə danışdı

10:44

"İnter" fransalı futbolçu ilə müqavilə imzaladı

10:22

"Mançester Yunayted"də türkiyəli qolkiperin səhvindən sonra...

09:41

"Çelsi"nin Simons planı - 2 futbolçunu satmalıdır

09:12

Mahir Emreli oynadı, komandası məğlub oldu

00:51

"Sumqayıt"ın prezidenti: "Qarabağ"ın gücünü hamı bilir" - VİDEO

23:59

“Real” Kroosla Modriçə əvəzedicini İngiltərədə tapıb

23:25

"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov

23:04

"Mən çempion olmaq istəyərdim" - Saşa İliç

22:51

“Barselona” yenə “Jirona”ya elçi düşüb

22:34

“Yuventus”dan Braziliya klubuna

22:22

“Qarabağ” uduzdu, “Neftçi” yenə xal itirdi, “Sumqayıt” liderliyə yüksəldi

22:12

Premyer Liqa klubları Lopes üçün “yarışır”

21:54

"Bayern Münhen" yarımmüdafiəçisini satdı

21:34

Rıdvan Yılmaz Türkiyə nəhəngi ilə anlaşdı

21:14

“Neftçi”də amerikalı basketbolçu

20:53

"Arsenal" daha bir ulduzun ovuna çıxıb

20:26

Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu olub

20:11

“Neftçi” kimi komandadan xal qazanmaq nailiyyətdir”

19:52

Millinin sabiq üzvü bu klubla anlaşdı

19:36

Samir Abasov: “Yaxşı işlər bacaracağımıza inanırıq”

19:11

"Tottenhem"in futbolçusu üçün il başa çatdı

18:52

"Beşiktaş"ı "Kocaelispor"a dəyişdi - RƏSMİ

18:32

Ukrayna - Azərbaycan matçının yeri dəyişdirildi

18:21

"Qarabağ" - "Sumqayıt": Heyətlər

17:53

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi

17:32

"Çelsi"dən La Liqa klubuna - RƏSMİ

17:15

"Qarabağ" "Sumqayıt" üzərində uğurlu seriyasını davam etdirmək istəyir - AFİŞA

16:49

"Vest Hem"in futbolçusu "Fənərbağça"ya keçdi - Rəsmi

16:39

"Qarabağ"dan ayrılan futbolçu "Lokomotiv"də

16:22

"İmişli" - "Neftçi" START HEYƏTLƏR

15:52

"Nyukasl"ın 1 nömrəli hədəfi seneqallı hücumçudur

15:33

“Sabah” milli üzvünü transfer etdi

15:09

"Real Madrid" Konate transferindən imtina edib

14:55

Barış Alper Yılmaz "Qalatasaray"ın təklifini rədd edib

14:40

"Fənərbağça" "Sportinq"ə 30 milyon avro ödəməyə hazırdır

14:11

“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi – çempionluğa iddialı klubla anlaşdı

13:54

"Ferentsvaroş"da daha bir itki - "Qarabağ"la görüşdə meydana çıxmamaq ehtimalı böyükdür

13:37

"Milan" "Şaxtyor"un legionerini istəyir

13:19

"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi

12:55

Qəbələ arzusunda olan "Neftçi" ilk xalını qazanmaq istəyən "İmişli"yə qarşı - AFİŞA

12:32

Əli Cəbrayılova UEFA-dan beynəlxalq təyinat

12:16

Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi

11:53

“Barselona”da yeni müqavilə

11:28

“Qalatasaray” futbolçusunu İtaliyaya göndərdi

11:12

"Barselona" ilk oyununu səfərdə keçirəcək

10:52

"Bayer" "Feyenoord"dan futbolçu alır

10:32

"Yuventus"un futbolçusu yenidən Braziliyaya qayıdır

10:13

Cəlal oynadı, “Arda” pley-offun ilk matçını uduzdu

09:51

Ağayevdən 1 “qırmızı”, 3 “sarı”

09:11

Millimiz Monteneqroya məğlub oldu

23:58

“Beşiktaş”dan yeni həmlə

23:31

“Everton”un gözü “Mançester Siti”nin futbolçusuna düşüb

23:10

Fransa millisinin üzvü "Bayer"də

22:54

"Nyukasl"dan 60 milyon funt-sterlinqlik təklif

22:33

"İnter"dən 25 milyon avroluq transfer

22:12

Çexiya millisinin üzvü 29 yaşında karyerasını başa vurdu

21:53

"Liverpul"un müdafiəçisi 1 ay oynamayacaq

21:28

Qadın futbolunda yeni transfer rekordu - 1,5 milyon dollara

21:07

"Mançester Yunayted"in yeni hədəfi bilindi

20:49

"Qəbələ" yoxlama oyununda qalib gəldi