Super Liqa ilə vidalaşan sonuncu klubun adına aydınlıq gəlib.Sport1.az xəbər verir ki, Türkiyə Super Liqasının 37-ci turu çərçivəsində baş tutan və 1:1 hesablı bərabərliklə bitən “Kayserispor” - “Bodrum” oyunundan sonra qonaqların aşağı liqaya düşəcəyi dəqiqləşib. Beləliklə “Bodrum” elitanı tərk edən dördüncü - sonuncu komanda olub.
Daha öncə “Adana Demirspor”, “Hatayspor” və “Sivasspor”un TFF I Liqada mübarizə aparacağı müəyyənləşmişdi.
Sport1.az