"Qarabağ" hücumçu axtarışlarını davam etdirir.Sport1.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi Blaj Kramerlə danışıq aparır.
Hazırda "Konyaspor"da çıxış edən forvardın dəyəri 1,1 milyon avrodur.
Super Liqa təmsilçisinin üzvü agentlər tərəfindən Ağdam təmsilçisinə təklif olunub. Blaj Kramerlə bağlı danışıqlar davam edir. Yekun qərarı Qurban Qurbanov verəcək.
191 sm boya malik oyunçu karyerası ərzində "Şampion Çelye", "Alyuminiy Kidriçevo", "Volfsburq 2", "Zürix", "Legiya" kimi klublarda çıxış edib.
Blaj Sloveniya millisinin üzvüdür. Burada 10 qarşılaşmada meydana çıxsa da, fərqlənə bilməyib.
Forvard karyerası ərzində 274 qarşılaşmada iştirak edib. Bu görüşlərdə 84 qol vurub, 32 məhsuldar ötürmə edib.
Sport1.az