Karyerasını yeni ünvanda davam etdirmək istəyən David De Xeanın adı Türkiyə təmsilçisi ilə hallanır.
Sport1.az xəbər verir ki, “Fiorentina” klubunda çıxış edən 34 yaşlı ispaniyalı qapıçı ilə “Fənərbağça” maraqlanır. De Xea İtaliya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun hazırkı transfer dəyəri 5 milyon avro civarındadır.
Qeyd edək ki, De Xea ötən mövsüm 42 matçda forma geyinib və bu oyunların 11-də qapısını toxunulmaz saxlamağa nail olub.
Sport1.az