İspaniyanın "Atletik” klubunun futbolçusu Niko Uilyamsın adı Avropa futbolunun böyük klubları ilə yanaşı hallanır.Sport1.az xəbər verir ki, 22 yaşlı vingerlə “Barselona” və “Arsenal” maraqlanır.
Uilyams həmçinin, “Bavariya"nın diqqət mərkəzindədir və Münhen klubu yayda “Atletik”in oyunçusu üçün mübarizə aparmağa hazırdır.
İspaniyalı futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub və sözləşməyə 60 milyon avroluq satın alma maddəsi daxildir.
Sport1.az