"Beşiktaş" 2025/26 mövsümündə iddialı heyət formalaşdırmaq istəyir.[b]
Sport1.az[/b] xəbər verir ki, İstanbul təmsilçisi indidən futbolçu axtarışlarına başlayıb. Patrik Şik "qara qartal"ın hədəfindədir.
29 yaşlı futbolçunun dəyəri 27 milyon avrodur. Erik ten Haqqın gəlişindən sonra hücumçunun klubdakı taleyi dəyişə bilər. Mütəxəssis onu oynatmaq istəməsə, "Beşiktaş" çexiyalını transfer edəcək.
Qeyd edək ki, hücumçu bu mövsüm çıxdığı 31 oyunda 21 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az