Rahim Sterlinq karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, ingiltərəli ilə "Fənərbağça" yaxından maraqlanır. 30 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib. Sterlinqin "Çelsi" ilə müqaviləsi başa çatıb. O, hazırda azad agentdir.
Qeyd edək ki, vinger ötən mövsüm meydana çıxdığı 28 oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az