Paul Onuaçu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, nigeriyalı ilə "Trabzonspor" yaxından maraqlanır. 31 yaşlı hücumçu "Sauthempton"da xoşbəxt deyil. Bu səbəbdən də komandadan ayrılmaq istəyir. Onuaçunun hazırkı dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, hücumçu bu mövsüm 28 matçda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Sport1.az