Türkiyə Super Liqasının XXXV turu çərçivəsində “Başakşehir” ilə qarşılaşmalı olan “Fənərbağça” meydana üç itki ilə çıxacaq.Sport1.az xəbər verir ki, “sarı - lacivərtlilər” qarşıdakı oyunda Allan Sent-Maksimin, Mert Hakan Yandaş və Çağlar Söyüncünün xidmətindən yararlana bilməyəcək.
Maksimin və Mert Hakan zədə səbəbindən görüşü buraxdığı halda Çağlar sarı vərəqə limitinə görə komandasına kömək edə bilməyəcək.
Sport1.az