Super Liqada "Qalatasaray"la çətin çempionluq yarışına girən "Fənərbağça"da növbəti mövsüm böyük dəyişikliklər gözlənilir.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi uğur qazanılsa da, qazanılmasa da, 2025/26 mövsümündə Joze Mourinyo ilə yola davam edəcək.
Portuqaliyalı çalışdırıcının tələblərinə uyğun olaraq heyətdə böyük dəyişikliklər ediləcək. Mövsümün sonunda müqavilələri başa çatacaq Osayi-Samuel və Serdar Azizlə yollar ayrılacaq.
Bu futbolçulardan əlavə, icarə əsasında komandada olan Allan Sen-Maksimenin transferi reallaşmayacaq. Ehtimal olunur ki, rəhbərlik Rodriqo Bekao, Aleksandr Ciku və İsmayıl Yüksəki də satacaq.
Bu siyahıya əlavə ediləcək növbəti futbolçu isə Burak Kapacak olacaq.
Sport1.az