Joze Mourinyo “Fənərbağça”dan ayrıla bilər.Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Əl-Hilal”ın “radarı”na düşüb.
Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ardıcıl uğursuz nəticələrdən sonra Jorje Jesusu postundan göndərib komandanın “sükanı arxası”na Mourinyonu gətirməyi planlaşdırır.
Qeyd edək ki, təcrübəli çalışdırıcının İstanbil nəhəngi ilə 2026-cı ilin iyun ayına qədər müqaviləsi mövcuddur.
Sport1.az