Türkiyə Kubokunun 1/4 final mərhələsinin matçında "Fənərbaxça" evdə "Qalatasaray"a 1:2 hesabı ilə uduzub.Sport1.az xəbər verir ki, matçın final fitindən sonra meydan sahibi komandanın baş məşqçisi Joze Mourinyo rəqib həmkarı Okan Burukun burnunu sıxıb.
İnsidentdən sonra türkiyəli mütəxəssis yerə yıxılıb. O, daha sonra portuqaliyalı çalışdırıcının üzərinə getmək istəsə də, futbolçuları Dris Mertens, Frankovski və texniki heyət onun qarşısını almağa çalışıb.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Kubokunun yarımfinal mərhələsində "Konyaspor"la qarşılaşacaq.
Sport1.az