“Radomiak”ın baş məşqçisi Joao Enrike Renat Dadaşovun transferi haqda danışıb.Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı forvardla ön xətti gücləndirdiklərini söyləyib:
"Renat heyətdəki hücumçulardan fərqli oyun tərzinə malikdir. Balanslı heyətimiz var. Komandamızda alternativ qıtlığı yoxdur. Fərqli həll yollarımız var, ancaq daha çoxunun da əleyhinə deyilik. Dadaşov tanıdığımız oyunçudur. O, bizə yeni variant və fərqli sistem gətirə bilər. Son anda transfer şansımız oldu və dəyərləndirdik. Onun komandamıza kömək edəcəyinə inanıram. Komandada hücumçular var, amma Renat fərqli stilə malikdir”.Qeyd edək ki, Renat Dadaşov Polşa təmslçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Sport1.az